Avqustun 22-23-də ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 53, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12, dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 42 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 22-də və 23-də ümumi çəkisi 60,2 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 tüfəng aşkar edərək götürüblər.
Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.
