Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Milli Xalça Muzeyi Budapeştdə keçirilən 40-cı Beynəlxalq Xalq Sənətkarları Festivalında iştirak edib

     

    Macarıstanın paytaxtı Budapeştdə 40-cı Beynəlxalq Xalq Sənətkarları Festivalı keçirilib. Azərbaycan Milli Xalça Muzeyi artıq ikinci ildir ki, nüfuzlu beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edir.

    Muzeydən bildirilib ki, festival müddətində ziyarətçilər xalçatoxuma və kəlağayı sənəti üzrə ustad dərslərində iştirak edərək, bu sənət nümunələrinin hazırlanma texnologiyaları ilə yaxından tanış olublar. Onlara, həmçinin naxış və rənglərinin semantik mənaları haqqında ətraflı məlumat verilib.

    Azərbaycan Milli Xalça Muzeyinin stendində UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq və kəlağayı sənəti nümunələri, eləcə də bu sənət sahələrinə dair kitablar təqdim olunub.

    Muzey festivala Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Macarıstandakı Azərbaycan Evinin dəstəyi ilə qatılıb.



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ