Lakin layihəyə əlavə olunan 3-cü bənd — yəni bu əməli ilk dəfə törətmiş şəxsin vurduğu ziyanı tam ödədiyi halda cinayət məsuliyyətindən azad olunması məsələsi — daha ciddi və prinsipial yanaşma tələb edir."
Bunu Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı millət vəkili Müşfiq Məmmədli deyib. O, qeyd edib ki, burada söhbət sıradan hüquq pozuntusundan deyil, dövlət büdcə vəsaitinin sərəncamçısı olan vəzifəli şəxslərdən gedir. Bu şəxslər dövlətin onlara göstərdiyi etimadı daşıyır, ictimai resursları idarə edir və cəmiyyət qarşısında xüsusi məsuliyyət daşıyırlar.
Bu baxımdan “ziyanı ödə və məsuliyyətdən azad ol” yanaşması kifayət etmir və praktika göstərir ki, bu norma sui-istifadə üçün zəmin yaradır:
"İcazə verin, konkret faktlara diqqətinizi yönəldim.
Birinci fakt: Qobustan və Şamaxı rayon Mərkəzi Xəstəxanalarının PHŞ-nin sabiq direktoru CM-nin 179.3.2(külli miqdar mənimsəmə) və 313-cü(vəzifə saxtakarlıgı) maddələri ilə 2025-ci ildə ittiham olunmuş, mənimsədiyi vəsaitin bir hissəsini geri qaytardığı üçün şərti cəza almışdır. Lakin bu gün həmin şəxs özəl sektorda — Batıgöz klinikasında və bir necə özəl klinikada baş həkim və digər məsul vəzifələrdə fəaliyyət göstərmişdir.
İkinci fakt: Sumqayıt Tibb Mərkəzinin sabiq direktoru barəsində CM-nin 179.3.2(külli miqdar mənimsəmə), 308.1(vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü(vəzifə saxtakarlıgı) maddələri ilə 2023-cü ildə cinayət işi aparılmışdır. Lakin təyinatdan kənar istifadə olunmuş(və yaxud mənimsənilmiş vəsaitin) ödənilməsi əsası ilə həmin şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Daha sonra isə 2024-cü ildə əvvəlcə TƏBİB-də icraçı direktorun müşaviri, daha sonra isə Abşeron Rayon Mərkəzi Xəstəxanası PHŞ-nın (400 mindən artıq əhalisi olan rayonun)direktoru vəzifəsinə təyin olunmuşdur. Haşiyəyə çıxaraq söyləyim ki, əslində səhiyyə islahatlarının avanqardı və müasir korporativ idarəetmə modelinə örnək olan TƏBİB-in idarəetməsində bir qədər öncə yaranan problemin kökünü, bu cür məsələlərdə və bu cür şəxslərdə axtarmaq lazımdır.
Bu faktlar açıq şəkildə göstərir ki, mövcud yanaşma real həyatda ciddi problemlərə səbəb olur."
Millət vəkili əlavə edib ki, əgər bir şəxs dövlət vəsaitini mənimsəyir, sonra onu geri qaytarır və heç nə olmamış kimi yenidən rəhbər vəzifələrə gələrsə, o zaman bu, sadəcə hüquqi məsələ deyil, bu, ictimai etimad məsələsidir.
Bu, dövlət idarəçiliyinin nüfuz məsələsidir.
Məhz buna görə hesab edirəm ki,Cinayət Məcəlləsinin 308-1-ci maddəsinin qeyd hissəsinə əlavə olunacaq 3-cü bənd bu şəkildə tamamlana bilər:
"Mən aşağıdakı korreksiyanı təklif edirəm:
“Bu maddə üzrə əməli törətmiş və dövlət büdcə vəsaitinin sərəncamçısı olmuş şəxs, zərəri ödəməsindən asılı olmayaraq, gələcəkdə dövlət və özəl sektorda rəhbər vəzifə tutmaq hüququndan məhrum edilir.”
Bu təklif cəzanı sərtləşdirmək məqsədi daşımır. Bu, idarəetmə sistemində sağlamlaşdırıcı və profilaktik mexanizmin yaradılmasıdır.
Biz:
dövlət vəsaitinə münasibətdə sıfır tolerantlıq nümayiş etdirməliyik,
vəzifəli şəxslər üçün daha yüksək etik və hüquqi standart müəyyən etməliyik,
və ən əsası, bu cür halların təkrarlanmasının qarşısını almalıyıq."- Müşfiq Məmmədli deyib.
Bəradər
"Atributinfo.az"
