Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin deputatı Gürcüstana səfər edəcək

    Milli Məclisin deputatı Gürcüstana səfər edəcək Milli Məclisin deputatı Səbinə Salmanova oktyabrın 23-də Gürcüstanın Borjomi şəhərinə səfər edəcək.
    Millət vəkili səfər çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Hüquqi məsələlər və beynəlxalq əməkdaşlıq komitəsinin iclasında iştirak edəcək. Tədbirdə “QDİƏT Regionunda Davamlı Sosial-İqtisadi İnkişaf üçün Süni İntellekt - Hüquqi Aspektlər” mövzusunda məruzələr dinləniləcək və tövsiyə layihəsi müzakirəyə çıxarılacaq.
    Səfər oktyabrın 25-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ