Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün tarix yazıldı

    İsrail-Fələstin müharibəsinin sona çatması ilə bağlı Şarm əl-Şeyxdə “SülhSammiti” baş tutdu. Cənab Prezidentimizin bu tarixi mərasimdə ABŞ rəhbərliyi və Misir Prezidentinin dəvəti ilə iştirak etməsi, Azərbaycan diplomatiyasının sülhə yönəlik siyasətinin və beynəlxalq arenada artan nüfuzunun bariz göstəricisidir.

    Dünya artıq müharibədən, dağıntılardan, ağrıdan yorulub. İnsanlar evlərində huzurla yaşamaq, övladlarının gələcəyi üçün xəyallar qurmaq, viran qalmış şəhərləri yenidən dirçəltmək istəyirlər. İndi bəşəriyyətin qarşısında duran ən böyük vəzifə isə, yaraları sağaltmaq və insanlığın məsuliyyətini bölüşməkdir.

    Biz fəxr edirik ki, Azərbaycan bu yolda sülhün və ədalətin səsi kimi çıxış edir. Cənab Prezidentin rəhbərliyi ilə ölkəmiz münaqişələrin dialoq və əməkdaşlıqla həllinin mümkünlüyünü dünyaya sübut etdi.

    İnşallah, bu sülh dalğası digər regionlara da yayılar və yaxın gələcəkdə digər müharibələrə də son qoyular.
    Dünya buna hazırdır. İnsanlıq artıq sülhə möhtacdır. Təşəkkürlər, cənab Trump!



    Rəşad Mahmudov
    Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini,
    millət vəkili

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ