Bunu "atributinfo .az"a açıqlamasında BAP sədri, millət vəkili Elşad Musayev deyib. O, əlavə edib ki, uzun fasilədən sonra Rusiya və Azərbaycan liderləri yenidən bir araya gəliblər:
“Bu mənada Düşənbədə baş tutan bu görüşün böyük hüquqi-siyasi əhəmiyyəti var. Məlum təyyarə qəzasından sonra Azərbaycanla Rusiya arasında vəziyyət bir qədər gərginləşmişdi. Bu gərginlik hər iki dövlətin maraqlarına xidmət etmirdi. Baxmayaraq ki, münasibətlərin gərginləşməsində Azərbaycanın heç bir məsuliyyəti yox idi. Ona görə də qarşı tərəfdən müvafiq addımların atılması gözlənilirdi.
Nəhayət Vladimir Putin bu addımı atdı və gərginliyin azaldılması üçün bəzi etiraflar etdi. Təbii ki, bizim üçün maraqlı olan odur ki, Rusiya ilə əlaqələrimiz etibarlı tərəfdaşlıq və dərin inam üzərində qurulsun. Belə olacağı təqdirdə iki ölkə arasında bütün sahələrdə uğurlu əməkdaşlıq mümkündür. Hesab edirəm ki, Düşənbə görüşündən sonra iki ölkə arasındakı buzlar əriyəcək və qarşılıqlı əlaqələrin inkişafı üçün yeni imkanlar açılacaq”.- BAP sədri deyib.
Bəradər
"Atributinfo.az"
