Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və audit” kafedrasının iqtisad elmlər doktoru, professor
Uzun illərdən sonra işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi daima dövlətin diqqət mərkəzindədi.Belə ki,Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən ilərdə Qa¬rabağın və Şərqi Zəngəzurun bərpasına göstərilən diqqət Qarabağ və Şərqi Zəngəzura yeni nəfəs gətirməklə yanaşı, bu bölgələrin tərəqqisi üçün yeni imkanlar açıb, yeni vəzifələr müəyyənləşdirib. Elə bunun nəticəsidir ki, Vətən müharibəsində parlaq qələbəmizlə işğalçıdan xilas olunan ərazilərimizdə qısa zaman¬da genişmiqyaslı bərpa-quruculuq layihələri həyata keçirilib. Məsələn, 2021-ci ildə Böyük qayıdışa ciddi hazırlıq işləri görülüb. Zəngilanın Ağalı kəndində Azərbaycanda ilk dəfə “Ağıllı kənd” layihəsi sürətlə həyata keçirilib. Təməli dövlətimizin başçısı tərəfindən qo¬yulan layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılıb. İnnovativ tikinti materialla-rından yararlanmaqla tam izolya¬siya olunan 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binası¬nın, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının inşası davam etdirilib.
2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanı, Suqovuşan, Laçın, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayılda elektrik stansiyaları istifadəyə verilib. Şuşada bir çox tarixi-mədəni abidələr bərpa edilib, şəhərdə yaşayış məhəlləsinin, Radio-Televiziya Yayım Stansiyasının, Mərkəzi Xəstəxananın, Daşaltı məscidinin təməli qoyulub. Bütün bunlarla bərabər, Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin bərpasının təməl daşı qoyulub, digər şəhərlərimizin isə baş planının hazırlanmasına başlanılıb. Həmçinin Ağdamda sənaye parkının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkının, Zəngilan və Laçında Beynəlxalq Hava limanlarının, Hadrut qəsəbəsində yeni məscidin və digər infrastruktur obyektlərinin təməlqoyma mərasimləri keçiridi.
Ağdam Sənaye Parkı investor¬ların cəlb edilməsi, yeni iş yerlərinin açılması, bölgədə iqtisadi gücün yenidən bərqərar olması, müasir ça¬ğırışlar nəzərə alınmaqla sənayenin modernləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Parkın yaradılması ilə sənayenin innova¬siyalar əsasında inkişafını təmin edəcək imkanlar formalaşır.
Hazirda Ağdam Sənaye Parkı¬na sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 2 sahibkara sənaye parkının rezidentliyi statusu verilməsi də bunun bariz ifadəsidir.
İqtisadiyyat Nazirliyinin məlumatında bildirilir ki, müxtəlif çeşiddə sintetik xalçaların isteh¬salı ilə məşğul olacaq “Dadaş-N” MMC-nin Ağdam Sənaye Parkın¬da 2 hektar ərazidə fabrik inşa edəcəyi planlaşdırılır. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadratmetrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Hazırda Ağdam Sənaye Parkın¬da tikinti-quraşdırma işləri mərhələli şəkildə davam etdirilir. Parkın 74,13 hektar ərazisində topoqrafik plan¬lama işləri artıq yekunlaşdırılıb. Ərazidə dağılmış tikililərin geo¬metrik ölçüləri müəyyən edilib və buradan daşınması nəzərdə tutulan tullantıların həcmi dəqiqləşdirilib. Bundan başqa, yanvar ayının 26-dan etibarən Sənaye Parkında mühəndis-geoloji tədqiqat işlərinə də başlanılıb. Geoloji-tədqiqat za¬manı obyektin ərazisində suxurların tərkibi və litoloji təsviri, qruntun fiziki və mexaniki xüsusiyyətləri müəyyən ediləcək. Ağdam şəhərinin konsepsiya¬sına uyğun olaraq, Sənaye Par¬kının meşə zolağının salınması istiqamətində də işlər davam etdirilir və suvarılmasında tamamilə “yaşıl enerji”dən istifadə olunur. Belə ki, Ağdam Sənaye Parkının sosial zo¬nasında quraşdırılmış Azərbaycan istehsalı olan günəş panelləri və ba¬tareyaları suyun damlama suvarma sistemi vasitəsilə paylanması üçün tələb olunan elektrik enerjisini təmin edir. Ümumiyyətlə, Ağdam Sənaye Parkında sosial zonanın işıqlan¬dırılmasında da tam olaraq günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Eyni zamanda, gələcəkdə Sənaye Parkının elektrik təminatında da günəş enerjisindən istifadə edilməsi planlaşdırılır.
Bu dövrdə sənaye parklarının yaradılma¬sının əsas məqsədi innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye is¬tehsalının inkişafına, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılmasına və bu sahədə sahibkarlığın dəstəklənməsinə nail olmaqdır. Eyni zamanda, ölkənin yerli və xarici investisiya¬lar üçün əlverişliliyinin artırılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılma¬sı kimi məsələlər də qarşıda mühüm vəzifələr kimi durur. Azərbaycanın sənaye parkla¬rında yüksək nəticələrə nail olmaq üçün rezidentlərin səmərəli fəaliyyəti məqsədilə hər cür şərait yaradılıb, vergi və gömrük sahəsində stimul¬laşdırıcı tədbirlər tətbiq edilib. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğula¬rın idxalı zamanı ƏDV-dən və göm¬rük rüsumlarından azad olunublar. Bundan başqa, sənaye parklarında dövlət vəsaiti hesabına müasir infrastruktur yaradılıb, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilib. Qarabağ və Şərqi Zəngəzurun dirçəlməsində də sənayeləşmə siyasətinə mühüm önəm verilir. Başqa sözlə, işğaldan azad edilmiş ərazilərimizdə sənaye parklarının yaradılması və parklara investisiya cəlb olunması bölgənin resursların¬dan, həmçinin iqtisadi imkanlardan yararlanmaqla Qarabağın ölkə iqtisadiyyatına səmərəli reinteqrasi¬yasına əlavə stimul yaradır. Qarabağ və Şərqi Zəngəzurda sənayeləşmə prosesinin mərhələli şəkildə aparılacağı nəzərdə tutulur. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün ilkin mərhələdə tikinti şirkətləri prosesə qoşulur. Nəzərə alsaq ki, əhali tezliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaq, belə olan halda, onların ərzağa olan tələbatının təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Bu baxımdan, növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül və qida sənayesinin formalaşdırılması pro¬sesi həyata keçiriləcək.
2021-ci il iyulun 7-də Prezident İlham Əliyev tərəfindən imzalanan fərmana əsasən, respublikamızın ərazisi 14 iqtisadi rayona bölündü. Məlum olduğu kimi, ölkəmizdə şəhər və rayonların inkişafının təmin edilməsi, heç bir regionun diqqətdən kənarda qalmaması üçün qəbul edilən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramı uğurla davam etdirilir. Bu istiqamətdə görülən işlər təkcə işğaldan azad edilən ərazilərimizi deyil, ümumilikdə bütün respub¬likanı əhatə edir. Belə ki, əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması üçün davamlı tədbirlər həyata keçirilir, yeni iş yerləri yaradılır, biznes və investisiya mühiti yaxşılaşdırılır, eləcə də ra¬yon və şəhərlərimiz bərpa olunur, yenidən qurulur. Təbii ki, bütün bunlar əhalinin rifah halının yaxşı¬laşdırılmasına gətirib çıxarır. Ölkəmizdə davamlı olaraq həyata keçirilən islahatlar respublikamızın həm iqtisadi, həm də hərbi potensi¬alını gücləndirmiş, II Qarabağ müharibəsindəki qələbəmizi şərtləndirmişdir.
Məlum olduğu kimi, ha¬zırda işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma-bərpa işləri davam etdirilir. Otuz il müddətində torpaqlarından didərgin düşən xalqın öz ata-baba yurduna qayıdışını sürətləndirmək üçün davamlı işlər görülür, zəruri infrastruktur layihələri həyata keçirilir. Bu mənada qeyd edilməli ən önəmli məsələlərdən biri də, həmin ərazilərin geniş və çoxşaxəli iqtisadi potensialının olmasıdır. Beləliklə, bütün bunlar respublikada, torpaqlarımızın işğaldan azad edilməsindən sonra yeni iqtisadi rayonlar bölgüsünün aparılmasını vacib edirdi.
Yeni bölgüyə əsasən yaradılan iqtisadi rayonlardan biri də Şərqi Zəngəzurdur. Bu iqtisadi rayo¬nun ərazisi Vətən müharibəsinə qədər bütünlüklə işğal altında idi. İqtisadi rayona Zəngilan, Qubad¬lı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonları daxildir.
Qeyd edək ki, regionda əlvan metallurgiya sahəsinin inkişafı üçün güclü potensial mövcud¬dur. Belə ki, burada qızıl, civə, mərmər, xronit, perlit, xromit eləcə də, üzlük tikinti daşı olan koral kimi bir sıra faydalı qazıntı ehtiyatı var.
Şərqi Zəngəzur iqtisadi rayonu həm də coğrafi mövqeyinə, tarixi abidələrinə görə turizm bölgəsinə çevrilmək potensialı vəd edir. Bu¬rada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balne¬oloji şərait, dağ meşələri kurort, eləcə də rekreasiya mərkəzləri kimi istifadə oluna bilər.
Kəlbəcər rayonu sənaye əhəmiyyətli təbii ehtiyatlarla zəngindir. Rayon ərazisində 112,5 tonluq Söyüdlü Zod, 13 tondan çox Ağduzdağ və Tutqun qızıl ya¬taqları mövcuddur. Bundan əlavə, böyük ehtiyatları olan Ağyataq, Levçay, Çorbulaq, Qamışlı və Ağqaya civə yataqları, 10941 min kubmetrlik Kilsəli tuf yatağı, 1312 min kubmetrlik ehtiyata malik olan, kərpic istahsalına yarar¬lı Keçdək gil yatağı, 4473 min kubmetrlik Keçəldağ perlit yatağı, ümumi həcmi 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, 2540 min kubmetrlik Çəpli qum-çınqıl yata¬ğı, dekorativliyə malik 4 mərmər oniksi, nefroid yatağı, ehtiyatları 2337 ton olan 1 obsidian ( dəvə gözü) yatağı, 1067 min kubmertlik listvenit yatağı mövcuddur.
Zəngilan rayonu dağətəyi ərazidə yerləşir. Burada iqtisa¬diyyatın əsasını kənd təsərrüfatı təşkil edir. İşğaldan öncə burada 29 kolxoz, 1 arıçılıq təsərrüfatı, 4 koorperativ, 3 kəndli–fermer təsərrüfatı mövcud olmuşdur. Zəngilanda əkin üçün yararlı 35548 hektar torpaq var idi. Bu ərazinin 7204 hektarlıq hissəsində illik, 2667 hektarlıq hissəsində isə çoxillik bitkilər yetişdirilmişdir. 207 hektarı biçənəklər, 22837 hektarı isə otlaqlar əhatə etmişdir. Əkin üçün istifadə edilən 7204 hektarlıq ərazidə taxıl, tütün, şəkər çu¬ğunduru, kartof, bostan bitkiləri becərilmiş, meyvə və giləmeyvə bağları mövcud olmuşdur. Bundan əlavə, rayonda 2047 hektar¬lıq ərazidə üzümlüklər var idi. Rayonda, həmçinin 12000 baş quş yetişdirmək gücünə malik 1 quşçuluq kompleksi faəliyyət göstərirdi.
Qubadlıda iqtisadiyyatın əsasını taxılçılıq, heyvandar¬lıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edir. İşğaldan əvvəl Qubadlı ərazisində 27-si mexanikləşdirilmiş 31 süd-əmtəə ferması mövcud olmuşdur. Rayon ərazisində 2 üzümün ilkin emalı, asfalt zavodları, inkubator-quş¬çuluq fabriki, balıqyetişdirmə vətəgəsi, daş karxanası və mərmər sexi fəaliyyət göstərird
Bütün bunlar Şərgi Zəngəzur iqtisadi rayonunun iqtisadi poten-sialından xəbər verir. Bu ərazinin işğaldan azad edilməsi ölkə iqtisadiyyatı üçün çox böyük əlavə imkanlar açır. Ümid edirik ki, yaxın gələcəkdə işğaldan azad edilən ərazilərimizdə mövcud olan im¬kanlar sayəsində respublika üzrə iqtisadiyyatımız daha da inkişaf edəcəkdir.
Bu bölgədə yeni yaradılan digər iqtisadi rayon isə Qarabağdır. Bu bölgəyə Şuşa ,Ağdam ,Füzuli, Xocavənd, Xocalı ,Bərdə rayonları və Xankəndi şəhəri daxildir.Qarabağ regionu əkinçilik, bitkiçilik, meyvəçilik inkişafı üçüniqlim,hidro ehtiyatlar və məhsuldar torpaqlar kimi müsbət amillərə malikdir.Suqovuşan , Xudafərin və Sərsəng su anbarları, Ağdamkənd, Vəlvələçay kimi su resursları əsas hidro ehtiyatlarıdır. Əkin torpaqlarının suvarılmasında və əhalinin təsərrüfatçılıqla məşğul olmasında böyük əhəmiyyət kəsb edir. Əvvəllər Sərsəng su anbarı Tərtər, Ağdərə, Bərdə və Ağcəbədi rayonlarında 100 min hektara yaxın əkin torpaqlarının suvarılmasını təmin edirdi. Hal hazırda Azərbaycan Respublikası prezidentinin Araz çayı üzərində “Xudafərin” hidro qorşağı inşası və istismarı haqqında İranla gəldiyi razılıq su və elektiriklə qəbul olunmasında rol oynayacaqdır.Belə ki, ildə 368 milllion kv/saat elektirik enerjisi istehsal ediləcək.
Ümumiyyətlə Prezident İlham Əliyevin 7 fevral seckilərində secilməsi tam realdir bunun nəticəsində işğaldan azad edilmiş ərazilərin tam bərpa edilməsi ölkədə davamlı sosial-iqtisadi inkşafın sürətlənməsinə təsir edəcək və əhalinin rifah halının yaxşılaşmasına imkan verəcəkdir.
