Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan Şəkidə şəhid ailələri, qazilər və aztəminatlı ailələrə Qurban bayramı sovqatı

    Seçici probleminin həllini, vətqndaş qəbulunu fəaliyyətinin prioritet istiqaməti hesab edən Milli Məclisin deputatı Vüqar İskəndərov tərəfindən bu dəfə Şəkidə müqəddəs Qurban bayramı münasibəti ilə şəhid ailələri, qazilər, aztəminatlı ailələr ziyarət olunub.

    "Atributinfo.az" xəbər verir ki, Milli Məclisin üzvü adından ailələrə bayram sovqatları təqdim olunub, onlara deputatın təbrikləri çatdırılıb. Qeyd olunub ki, həssas təbəqədən olan ailələr hər daim diqqət və qayğı ilə əhatə olunur. Aksiya yüzdən çox sakini əhatə edib. Bundan sonra da bu cür aksiyaların davamlı şəkildə həyata keçiriləcəyi istisnasızdır.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ