Sizin reklam burada
Sizin reklam burada
  • QARĞIDALIDA QOVUQLU SÜRMƏ XƏSTƏLİYİ VƏ ONA QARŞI MÜBARİZƏ

    İbrahim Cəfərov
    AMEA Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor

    Respublikamızda becərilən dənli -taxıl bitkiləri içərisində qarğıdalı buğda və arpadan sonra üçüncü yerdə durur, həm dən, həm də silos almaq üçün böyük plantasiyalara malikdir. Qarğıdalı toz və qovuqlu sürmə xəstəlikləri ilə yoluxur, lakin yayılması və zərərinə görə qovuqlu sürmə daha təhlükəlidir. Bu bitkidə qovuqlu sürmə xəstəliyini bazidiomiset göbələk olan Ustilago zeae ( Beckm.) Ung. törədir. Xəstəlik törədici obliqat- həqiqi parazit olmaqla canlı toxuma hesabına yaşayır. Patogen qarğıdalı bitkisinin kok boğazı, yarpaq qınları gövdə və qıcalarını yoluxur. Yoluxan bütün orqanların səthində hall, fırlar, yumrular, yeni törəmələr formalaşır. Xüsusilə gövdə və qıcalar yoluxduqda iri ölçülü kisəşəkilli qovuqlar əmələ gəlir. Belə qovuqların diametri bəzən 30 sm-ə çatır. Qovuqların içərisi cücərmə qabiliyyətini bütün vegetasiya dövrü saxlayan teliosporlardan ibarətdir. Qovuqlar12-14 gün müddətində formalaşır, epidermisin içində yetişir, quruyur və qurumuş epidermis partladıqdan sonra milyonlarla teliosporlar sahəyə yayılır və inkubasiyaların baş verməsinə zəmin yaradır. Teliosporlar 4 ilə qədər həyatilik qabiliyyətini saxlaya bilirlər. Xəstəliyin yayılmasında torpaq rütubətinin müstəsna əhəmiyyəti var. 60% və daha yuxarı torpaq rütubətində xəstəlik intensiv inkişaf edir. Teliosporların cücərməsi üçün minimal temperatur0- 5C, optimal temperatur 20-30C-dir.
    Kifayət qədər zərərli xəstəlikdir, məhsul itkisi 25-30% kimi dəyərləndirilir.
    MÜBARİZƏ TƏDBİRLƏRİ:
    1. İlk növbədə aqrotexniki tədbirlər kompleksinə ciddi əməl edilməlidir, dərin şum, torpağın əkinə hazırlanması, bitki qalıqlarının məhv edilməsi, növbəli əkin bu kompleksə daxil olan vacib elementlərdir. Sahədə qovuqlu sürmə və toz sürmə ilə yoluxma 30%~dən çox olarsa, qarğıdalı əvvəlki əkin yerinə 6 ildən sonra qaytarılmalıdır.
    2. Bu xəstəliyə qarşı sahədə vegetasiya çiləmələri aparılmır. Lakin səpinə 1,5- 2 ay qaldıqda toxumlar toxum dərmanlarından biri ilə hökmən dərmanlanmalıdır. Uzun illər toxum dərmanı kimi TMTD- dən istifadə etmişlər. Bunun üçün 2 kq 80%~ li TMTD 5 l suda qarışdırılır, işçi məhlul hazırlanır və 1 ton toxum hesabı ilə dərmanlanır. Əgər toxumların dərmanlanması birbaşa səpindən 3-5 gün əvvəl edilirsə dərmanın məsarifi 0,5 kq artırılır. Son zamanlar Vial TT, Kinto DYO da fermerlərə tövsiyyə edilir. İki komponentli bu sistem təsirli toxum dərmanları daha yüksək nəticələrlə xarakterizə edilir.






    QARĞIDALIDA QOVUQLU SÜRMƏ XƏSTƏLİYİ VƏ ONA QARŞI MÜBARİZƏ


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ