Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili Aqil Abbas spikerdən AZAL-la bağlı məsələyə qarışmağı xahiş etdi

    Millət vəkili Aqil Abbas spikerdən AZAL-la bağlı məsələyə qarışmağı xahiş etdi Deputat Aqil Abbas parlamentin iclasında çıxış edərkən deyib ki, burada hamı təyyarə biletlərinin qiymətlərinin bahalığından danışdı. Yaxşı nə olacaq? AZAL qiymətləri endirəcək?! Yox! Özümüz deyib, özümüz də eşidəcəyik.
    O, İrəvandan İstanbula təyyarə reysinin açılacağanı və qiyməti də bizdən aşağı edəcəklərini xatırladıb. Aqil Abbas spikerdən AZAL-la bağlı məsələyə qarışmağı xahiş edib:
    "Qiymət də 80 manatdır. Mən də gözləyirəm ki, Zəngəzur dəhlizi açılsın. Ora gedib o qiymətlə uçuş edim. Deputat həmkarlarım, onsuz da sözümuz havada qalır. Bəlkə bu məsələni qaldırmayaq. Onsuz da AZAL qaldıra-qaldıra gedir. Bir futbol komandasını da saxlaya bilmədi. Hörmətli sədr Sahibə Qafarovadan xahiş edirəm, bir sədr kimi bu məsələyə qarışın və həll edin".

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ