Məktubda Azərbaycanın erməni işğalı altında olan öz əzəli torpaqlarını azad etməsi və əldə etdiyi möhtəşəm Zəfərin birinci ildönümü ilə bağlı səmimi təbriklər çatdırılır. Türkiyəli müəllimlər Azərbaycana qarşı erməni təcavüzünün və vəhşiliyinin şahidiolduqlarını təəssüflə qeyd edir, xalqımızın qazandığı Qələbəni böyük sevinc hissi ilə qarşıladıqlarını söyləyiblər. Bildirilir ki, onlar bugünədək olduğu kimi, bundan sonra da Azərbaycanın tarixini və möhtəşəm Zəfərini tələbələrə tədris edəcək, geniş ictimaiyyətə çatdırmağa davam edəcəklər.
Təbrikdə Azərbaycanın əzəmətli qələbəsinin bütün Türk Dünyasını sevindirdiyi vurğulanıb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilən böyük Zəfərin ildönümü münasibəti ilə Azərbaycan xalqına və onu təmsil edən Milli Məclisin bütün deputatlarına səmimi duyğular ifadə olunub. Bildirilib ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir və biz birlikdə güclüyük.
