Sizin reklam burada
Sizin reklam burada
  • MTT Baş İdarəsi ilin birinci rübünə yekun vurdu

    MTT Baş İdarəsi ilin birinci rübünə yekun vurdu Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Maddi-Texniki Təminat (MTT) Baş İdarəsində 2019-cu ilin birinci rübünün yekunlarına dair toplantı keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
    Məlumata görə, toplantıda MTT Baş İdarəsinin tabeliyində olan arsenal, baza, anbar və hərbi hissələrdə döyüş hazırlığının vəziyyəti, şəxsi heyətin mənəvi-psixoloji durumu, qoşun xidməti və hərbi intizamın təhlili aparılıb. Müvafiq xidmətlərə cavabdeh şəxslər görülən işlərlə bağlı ətraflı məruzələrlə çıxış ediblər.
    Yekunda cari ilin ikinci rübündə hərbi hissələrin silah-sursat, ərzaq, əşya və əmlak təchizatı, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqları vəzifəli şəxslərə çatdırılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ