Sizin reklam burada
Sizin reklam burada
  • Rusiyanın ən zəngin varisi azərbaycanlıdır

    Rusiyanın ən zəngin varisi azərbaycanlıdır Rusiyanın “Lukoyl” şirkətinin Azərbaycan əsilli sahibi Vahid Ələkbərovun oğlu Yusif 2021-ci ildə Rusiyanın ən zəngin varisi elan olunub.
    “Forbes” jurnalına istinadən xəbər veririk ki, 24,9 milyard sərvəti olan Vahid Ələkbərovun bütün mirası yeganə oğluna çatacaq. Rusiyanın ən zəngin 3-cü şəxsi olan Vahid Ələkbərov özündən sonra bütün səhmlərinin oğluna çatacağını, amma “Lukoyl” şirkətinin idarə edilməsi funksiyalarını itirəcəyini əlavə edib.
    2018-ci ilin oktyabrında Yusif Ələkbərov “Lukoyl”u tərk edərək şəxsi biznesinə başlayıb. O, alkoqolsuz içkilər istehsal edən “Plan B” şirkətinin sahibidir. Bundan başqa, atası ilə şərikli “Lukavto” ASC-yə sahibdir, “EKTO” şirkətinin sahibi kimi həm də Sibirdə yerləşən neft kəmərinin 69% səhmlərini alıb. Yusif Ələkbərovun həyat yoldaşı Alisa isə daşınmaz əmlak biznesi ilə məşğul olan “Yusal” ASC-nin sahibidir.
    Rusiyanın ən varlı 2-ci varisi isə milyarder Leonid Mixelsonun 2 övladıdır. Onun qızı Viktoriya və azyaşlı oğlu hər biri 12,4 milyard dollar qazanacaq.
    Siyahıda ümumilikdə, 20 iş adamı yer alıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ