Sizin reklam burada
Sizin reklam burada
  • Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

    Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir Bakı-Sabunçu-Bakı qatarı Bakıxanov dayanacağına qədər hərəkət edəcək.
    Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən (QSC) verilən məlumata görə, dəmir yolu stansiyasının ərazisində avtomobil keçidi inşa olunur:
    "26 avqust 2019-cu ildən 15 sentyabr 2019-cu ilədək Sabunçu dəmir yolu stansiyasının ərazisində avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edəcək".
    QSC-dən qeyd olunur ki, inşa işləri yekunlaşdıqda əlavə məlumat veriləcək:
    "Bakı-Bakıxanov-Bakı istiqamətində elektrik qatarlarının hərəkət qrafikində dəyişiklik olmayacaq. Tunelin inşası başa çatanda, Bakı-Sabunçu-Bakı istiqamətində elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkətinin tam bərpası haqqında əlavə məlumat veriləcək".

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ