İsmayıllıda çətənə kolu yetişdirən şəxslər saxlanılıblar
Hadisə
25-07-2024, 10:39
308
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər məhkum olunmuş Xürrəm Rəcəbov və Şahin Məmmədov saxlanılıblar. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onların yaşadıqları ünvanlara baxış keçirilərkən xüsusi qulluq göstərərək yetişdirdikləri çətənə kolları aşkar olunub. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.