Atributinfo.az xəbər verir ki, Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin eyvanında 5 m² sahədə məişət və taxta tullantıları yanıb. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.