Sizin reklam burada
Sizin reklam burada
  • Mingəçevirdə cərrahiyyə zamanı tənzif xəstənin qarın boşluğunda unudulub?

    “Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb.
    Mingəçevir Şəhər Prokurorluğundan bildirilib ki, araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilmiş cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən edilib.
    Faktla bağlı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ