Sizin reklam burada
Sizin reklam burada
  • Qubada dağlıq ərazidə meyiti tapılan şəxsin üzərində zorakı əlamətlər müəyyən edilməyib

    Cari il oktyabrın 15-dən itkin düşmüş 1953-cü il təvəllüdlü Quba rayonu Xaltan kənd sakini Ağaxan İskəndərovun meyitinin yaşadığı kənddən bir qədər aralıda dağlıq ərazidə tapılması faktı ilə bağlı hazırda Quba rayon prokurorluğunda araşdırma aparılır.
    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
    Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ