Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda qadın özünü metro qatarının altına atdı

    Bakıda qadın özünü metro qatarının altına atdı Bakıda metroda hadisə baş verib.
    Hadisə "Azadlıq prospekti" metrostansiyasında, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatar yolunda baş verib.
    Axşam saat 21:54 radələrində stansiyada olan sərnişinlər arasında orta yaşlı bir qadın qatar yoluna düşüb.
    Hadisə qatar stansiyaya daxil olarkən baş verib. Dərhal maşinistə məlumat verilib, 21:55-də qatar relsində gərginlik dayandırılıb. Qadın qatar yolundan çıxarılandan sonra, saat 22:05-də gərginlik bərpa olunub və qatarların hərəkəti bərpa edilib.
    İlkin ehtimalla qadının intihara cəhd etdiyi bildirilir.
    Faktı Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov təsdiqləyib. O bildirib ki, hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ