Sizin reklam burada
Sizin reklam burada
  • BDU-nun qətlə yetirilən 18 yaşlı tələbəsi haqda yeni faktlar

    BDU-nun qətlə yetirilən 18 yaşlı tələbəsi haqda yeni faktlar Qəsdən adam öldürməkdə şübhəli bilinən Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, fevralın 12-də saat 20 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Rəşad Fətullayevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölməsi barədə daxil olmuş məlumatla əlaqədar, dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
    Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.
    Faktla bağlı cinayət işi başlanılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ