Bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evin qarşısında Milad ağacının işıqlandırılması mərasimində çıxışı zamanı deyib.
O, növbəti hədəfin Rusiya və Ukrayna arasındakı müharibənin həlli olduğunu bildirib. “Düşünürəm ki, əvvəl-axır buna nail olacağıq. Ötən ay 27 min əsgər boş yerə öldürüldü. Biz buna son qoymalıyıq. Biz bunun üzərində çox çalışırıq”, - deyə Tramp əlavə edib.
