Bu test virusu cəmi 25-30 dəqiqə ərzində aşkar etməyə qadirdir.
Agentliyin məlumatına görə, bu sürətli və dəqiq diaqnostika vasitəsi vaxtında müalicə etməyə və epidemiya əleyhinə tədbirlər görməyə imkan verir.
Qeyd edək ki, hepatit C serroz və xərçəng də daxil olmaqla, ciddi qaraciyər zədələnməsinə səbəb ola bilən yoluxucu bir xəstəlikdir. İmmuniteti zəif olan insanlar xüsusilə risk qrupundadır.
