Sizin reklam burada
Sizin reklam burada
  • Meksikada kəskin istilər səbəbindən 100-dən çox insan ölüb

    Atributinfo.az xəbər verir ki, Meksikada son həftələrdə davam edən kəskin istilər səbəbindən həyatını itirənlərin sayı 112-yə çatıb.
    Ölkə mətbuatda yer alan xəbərlərə görə, xüsusilə ölkənin şimal-qərb və cənub-şərqində rekord istilər daha çox insan tələfatı ilə nəticələnib.
    Səhiyyə Nazirliyinin açıqlamasında ölənlərin 45-64 yaş aralığında olduğu, 112 nəfərdən 104-nün günvurma nəticəsində öldüyü bildirilib.
    Milli Meteorologiya Xidmət ölkə ərazisində istilərin daha 10-15 gün davam edəcəyini açıqlayıb və xroniki xəstələrə lazım olmadıqca müəyyən vaxtlarda çölə çıxmamağı tövsiyə edib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ