Sizin reklam burada
Sizin reklam burada
  • ABŞ polisi Kaliforniyada atəş açan şübhəli şəxsi daşıyan furqonu mühasirəyə alıb

    ABŞ polisinin xüsusi təyinatlıları Monterey-Park şəhərində (Kaliforniya, ABŞ) atəş açan şəxsin ola biləcəyi furqon mühasirəyə alıb.
    Bu barədə "CBS" televiziya kanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib.
    Məlumata əsasən, şübhəli bilinən şəxs intihara cəhd edib.
    "[Maşının] içindəki şəxs öldü”, -deyə "ABC" telekanalının aparıcısı bildirib. O qeyd edib ki, ölən şəxsin polisin Monterey-Parkında atışma ilə bağlı axtardığı şəxs olduğuna dair hələ heç bir təsdiq yoxdur.
    Şübhəli bilinən şəxsin ölümü polisin furqonun şüşələrini sındıraraq avtomobilə daxil olmasından sonra müəyyən edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ