şair-publisist,
Prezident təqaüdçüs
Şeirin nə olduğunu 5 yaşımda bildim...
Allah ilk şeirimi məhz 5 yaşımda göndərdi, mən diqtə etdim, atam yazıya aldı. 9 yaşımda qəzetlər (“Yeni Şirvan”, “Azərbaycan pioneri” və s.) şeirlərimə yer verdi... sağ olsun içi-çölü insanlıqla dolu adamlar: Zahid Sarıtorpaq, Fəxrəddin Orxan, Qurban Yaquboğlu... və Yavər Hüseynov, onlar mənim ilk həyan(lar)ım oldular.
Beləcə, poeziya yolumun kandarında durub əllərimi Allaha açdım. Şükr, sonra da qarşıma bir-birindən işıqlı insanlar çıxdı. Öyüd-nəsihətləri karıma yetdi...
1993-1996-cı illərdə ən çox “Ədəbiyyat qəzeti”ndə dərc olundum. Buna görə Füzulişünas alim, adıçəkilən qəzetin Baş redaktoru Ayaz Vəfalıya minnətdaram.
“Ədəbiyyat qəzeti” mənim yaradıcılıq cövhərim oldu. Burada tez-tez “Gənclər günü” keçirildi, biz də - mən, Şərif Ağayar, Rövşən Naziroğlu, Rəsmiyyə Sabir, Həyat Şəmi, Arif Məmmədli, Valeh Bahaduroğlu, Kifayət Məmmədova və digərləri Allahın verdiyindən, nəyimiz vardısa, oxuduq, müzakirələr apardıq...
Sonrakı illərdə də yaxşı insanların əhatəsində yaradıcılıq yolum işıqla doldu. Qəzet və jurnallar şeirlərimə, müxtəlif janr və mövzuda məqalələrimə sığal çəkdi...
Mətbuata gəldiyim gündən (1993-cü ildən) 33 il keçib. Bu illərdə nə qazandım? Əlbəttə, yaxşı insanlar, say etibarilə az da olsalar, işıqlı ruhları olan qələm adamları...
Demək istədiyim odur ki, ətrafımda nə qədər yaxşı insan var, hamısına minnətdaram.
ü
