Sizin reklam burada
Sizin reklam burada
  • Zərifə xanım yüksək ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli rol oynamışdır

    Musa Süleymanov
    Əməkdar mühəndis,
    İş adamı

    Zərifə xanımın Azərbaycanda oftolmologiya elminin inkişafında xidmətləri çox böyükdür. Görkəmli alim zamanında Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsinə əvəzsiz töhfələr vermiş, bir sıra tədqiqatlar aparmışdır. Məhz onun səyləri nəticəsində dünyada ilk dəfə olaraq görmə orqanının peşə potalogiyasını araşdıran elmi tədqiqat laborotoriyası yaradılmış, peşə potalogiyasının əsası qoyulmuşdur.
    1981-ci ildə bu tədqiqatlara görə oftalmologiya aləmində ən yüksək mükafata – “Averbax” mükafatına layiq görülmüşdür.
    Zərifə xanım Əliyevanın elmi fəaliyyəti çox zəngindir. Bir sıra əsərləri vardır. “Kəskin virus konyuktiviti”, “Keratitlər”, “Qlankoma”, “Şəkərli diabetli göz xəstəlikləri”, “Göz yaşı axmasının fiziologiyası”, “Gözün mikrocərrahiyəsi” kimi müəllifi olduğu əsərlər Azərbaycanda oftolmologiya elminin inkişafında xüsusi paya sahibdilər.
    Bununla yanaşı Zərifə xanım nadir sahə olan İridodiagnostika və İridoterapiyanın da problemləri ilə ciddi məşğul olmuş, iki monoqrafiya hazırlamışdır. Bunlardan başqa görkəmli alim 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə¬ri¬nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl-lifi on iki monoqrafiya, dərsliklər, o cümlədən 150-yə yaxın elmi işlərin müəllifi olmuşdur.
    Zərifə xanım yüksək ixtisaslı kadrların hazırlanmasında əhəmiyyətli rol oynamışdır. Məhz onun rəhbərliyi ilə gənc alimlərin və həkim-oftolmoloqların böyük nəsli yetişmişdir.
    Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömür boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm, ürək saflığının rəmzi kimi əbədi qalırdı. Professor N.Şulpina Zərifə xanım Əliyevanı belə xarakterizə edib: “Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik”. Dünya oftolmologiya elminin digər tanınmış simaları da Zərifə xanım haqqında tarixi fikirlər söyləmişlər. Nestrerev deyib: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onun öz sahəsinin məhşur alimi hesab edirəm”. Puçkovskaya xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi deyərək alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb.
    Zərifə xanımın fəxri adları, elmi titulları çoxdur, saymaqla bitməz. Amma bunlardan ən şərəflisi ana adıdır. O nə edirdisə böyük sevgi ilə edirdi, onun sevgisinin gücü öz ailəsində daha çox duyulurdu. Prezident İlham Əliyev Zərifə Əliyeva haqqında xatirələrindən danışarkən vurğuladığı kimi, “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir”.
    Təəssüf ki, Zərifə xanım az yaşadı. O, istedadı, həyat enerjisi ilə çox işlər görə bilərdi. Zərifə Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olundu.
    Qədirbilən Azərbaycan xalqı hər il Zərifə xanımın əziz xatirəsini böyük ehtiram, fəxarətlə anır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ