Mənim təklifimlə onu gətirdik Gömrükçülər hospitalına doktor Rəşad Mahmudovun qəbuluna. Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb üzrə fəlsəfə doktoru və Azərbaycanda bir nömrəli ürək-damar cərrahı hörmətli Rəşad Mahmudov xəstəmizi son dərəcə yüksək insani yanaşmayla, nəzakətlə qarşıladı və əməliyyat üçün gün təyin etdi...
Uca Yaradanın və təcrübəli doktor Rəşad Mahmudovun yüksək cərrahi peşəkarlığı şükürlər olsun ki, öz uğurlu nəticəsini verdi; Gülməz ana ölümün pəncəsindən qurtularaq, növbəti dəfə həyata qayıtdı.
İlboyu bu minvalla neçə-neçə insanlara ikinci həyatı bəxş edən hörmətli Rəşad müəllim Mahmudova Nəbiyevlər ailəsi adından, şəxsən öz adımdan dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki, varsız dəyərli doktor. Sizin varlığınız böyük Yaradanın Azərbaycan xalqına ən böyük lütfü və hədiyyəsidir.
Bəradər Səməndərli
"Atributinfo.az"
