Sizin reklam burada
Sizin reklam burada
  • "Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatdı

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti,Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası ​ və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində uşaqlarda ​ vətənpərvərlik ​ duyğularının ​ güclənməsinə, estetik zövqün, mənəvi tərbiyəninn formalaşmasına, milli-mənəvi sərvətimizdən olan nağıllarımızın ​ yaşadılmasına xidmət​ məqsədi ilə “Xəyallarımızda qalan nağıllar” adlı respublika uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatdı. ​
    Mövzusu nağıl personajları və nağıl səhnələri olan​ müsabiqəyə respublikamızın müxtəlif guşələrindən​ ​18 yaşa qədər​ yaradıcılıq qabiliyyəti olan 1500-ə ​ qədər ​ uşaq və yeniyetmə ​1800-dən çox əsər göndərmişdir.
    ​ Nəzərinizə çatdıraq ki, seçim millilik, yanaşma, baxış ​və müəlliflərin yaşı nəzərə alınmaqla aparılacaq, təkrar olmayan, müdaxilə olunmamış (müəllim, valideyn,..) və əvvəlcə sərgilənməmiş əsərlərə üstünlük veriləcək. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
    ​ ​Sərgilənmək ​üçün seçilən əsərlər, müəllifləri ​və sərginin vaxtı ​haqqında olan məlumatlar Azərbaycan ​Dövlət Rəsm Qalereyası və Xətai Sənət ​Mərkəzinin ​sosial medya hesablarında yayınlanacaq.
    ​ Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.)təşəkkürnamə ilə təltif olunacaq.
    Müsabiqənin​ yekun​ sərgiləri Xətai Sənət Mərkəzində keçiriləcək.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ