"Atributinfo.az" xəbər verir ki, kitabda yer alan şəhidlərimizdən Fərid Quliyev həmin məktəbin məzunu olduğu üçün tədbir məhz onun xatirəsinə həsr olunub və şairə kitabını imzalayaraq öz çıxışı zamanı şəhidin anası Vüsalə xanıma təqdim edib. Tədbir şairənin şəhidlərə həsr etdiyi şeirlərin, səhnəciklərin və vətənpərvərlik haqqında musiqilərin ahəngi ilə davam edib. Tədbirdə çıxış edən məktəbin direktoru Zeynəb Vəliyeva şəhid ailəsinə səbr diləməklə yanaşı şairə xanıma şəhidlərin tanıdılmasında gördüyü işlərə görə təşəkkür edib. Şairə Esmira Günəş isə məktəbin direktoruna da imzalı kitabını hədiyyə edərək tədbirin keçirilməsində əziyyəti olan hər kəsə başda Qızılgül müəllimə, Nuranə müəllimə, Könül müəllimə, İlahə müəllimə və digərgərlərinə təşəkkürünü bildirib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonra isə şairə Esmira Günəş şəhidin ev muzeyini də ziyarət edib.
Dilarə Zeynalova
"Atributinfo.az"
