Sizin reklam burada
Sizin reklam burada
  • Biz hamımız bu dünyada qonağıq

    "İnsanın xatirəsi yaşadıqca, özü də yaşayır."
    Bu sözləri "Atributinfo.az"-a görkəmli oftalmoloq Zərifə xanım Əliyeva haqqında açıqlama verərkən yazıçı-dramaturq Hüseynbala Mirələmov demişdir. O, əlavə etmişdir ki, insan öz əməlləri, yaradıcılığı, nümunəvi həyatı sayəsində öz ömrünü uzadır. O, yaşayır və əbədiyyətə qovuşana qədər sözlə, işlə yaxşılıq etməyə tələsir.
    Rus şairi Andrey Voznesenski hind xalqının böyük övladı İndira Qandinin özündən sonra nəsillərin dünyagörüşünə təsir göstərdiyindən danışarkən belə yazmışdı: "Qandi tarixə qovuşdu". Öz xalqının tarixinə qovuşmaqdan, Tarix adlanan nəhəng çayın axınını vahid məqsəd üçün idarə etməkdən, öz dövrünün sadəcə şahidi yox, həm də qurucusu olmaqdan, əbədilik qazanmaq və özün haqqında işıqlı xatirə qoymaqdan daha yüksək missiya yoxdur."- Hüseynbala Mirələmov bildirmişdir.
    Zərifə xanım tariximizin əfsanəvi şəxsiyyətləri arasında layiqli yer tutaraq bu şərəfi və şöhrəti qazanmışdı. Buna görə də onun haqqında əfsanə yeni, gur akkordlarla davam edir və tarixə qovuşur. Buna görə də bu ömür kitabının "son söz"ü yoxdur. Onun haqqında xatirələr bitmirsə, Zərifə xanımı şəxsən tanıyan müasirləri keçmiş günlərin xatirələrini danışmağa başlayırlarsa, "son söz" yazmaq olarmı?! Xatirələr öz xeyirxahlığı ilə ürəkləri isitmək üçün doğulan bu böyük şəxsiyyətə məhəbbət və hörmətlə doludur.


    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ