Sizin reklam burada
Sizin reklam burada
  • Zərifə xanımın əziz xatirəsi ehtiramlar anıldı

    Ötən gün - 28.04.2023-tarixində Şirvan şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə Milli Məclisin deputatı İltizam Yusifov da iştirak etmişdir. Bu barədə "Atributinfo.az"-ın əməkdaşına açıqlama verən deputat demişdir:
    Zərifə Əliyeva simasında biz nəcib bir Azərbaycanlı qadını, vəfalı ömür-gün yoldaşı və fədakar ana obrazı görürük. Zərifə xanım gözəl həkim, əsl elm fədaisi və görkəmli tədqiqatçı alim idi. İnsanlığa xas olan bütün ali dəyərləri bir Azərbaycan xanımı- Zərifə Əliyeva simasında birləşir.
    Zərifə Əliyevanın əziz xatirəsi həmişə xalqımızın qəlbində yaşayacaqdır.
    Allah rəhmət eləsin. Ruhu şad olsun."- İltizam Yusifov bildirmişdir.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ