Sizin reklam burada
Sizin reklam burada
  • Qələminiz daim oxuculara yol göstərsin, Bəradər müəllim!

    Əziz və dəyərli həmkarım şair Bəradər Səməndərlinin "Qaytar məni gəncliyimə" adlı şeirlər kitabının təqdimatında iştirak etmək mənim üçün böyük məmnuniyyət oldu.

    Bəradər Səməndərlinin sözə olan həssaslığı, yaradıcılığındakı səmimiyyət, dərinlik və ədəbiyyata verdiyi dəyər hər zaman diqqətimi çəkir.

    Bəradər müəllimi yeni kitabının işıq üzü görməsi münasibətilə ürəkdən təbrik edir, yaradıcılığında yeni-yeni uğurlar, ilham dolu günlər arzulayıram.

    Qələminiz daim oxuculara yol göstərsin və ədəbiyyatımıza dəyər qatsın, əziz həmkarım!

    Hörmətlə: Aybəniz Abdulova,
    AJB-nin üzvü, yazıçı, araşdırmaçı jurnalist


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ