"Atributinfo.az" xəbər verir ki, öncə müasir müstəqil Azərbaycanın xilaskarı Heydər Əliyevin YAP Astara rayon təşkilatındakı büstünün önünə tər güllər qoyularaq xatirəsi yad edilib. Tədbir ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Rayon Veteranlar şurasının sədri Rafiq Əliyev, şəhid anası Hədiyyə Hüseynova, Astara Rayon İcra Hakimiyyətinin sektor müdiri aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı Turan Həsənzadə, ehtiyatda olan hərbçilər Bahadır Əhmədov, Valeh Aslanov, Rəşad Həsənov və Çingiz Rəhmanov tədbir iştirakçılarını 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə səmimi qəlbdən təbrik edərək, hər birinə möhkəm cansağlığı, firavanlıq və uğurlar arzulayıblar.
Qeyd etmişlər ki; “Bu əlamətdar gün Azərbaycan xalqının qürur mənbəyi olan Ordumuzun şərəf və qəhrəmanlıq tarixini əks etdirir. Azərbaycan Ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş, müstəqilliyimizin bərpasından sonra isə Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində müasir və peşəkar ordu quruculuğunun möhkəm təməli yaradılmışdır. Ulu öndər Heydər Əliyevin müvafiq Fərmanıyla 1998-ci ildə 26 iyun tarixini Silahlı Qüvvələr Günü kimi təsis edilməsi ordumuzun həyatında xüsusi yer tutmuşdur.
Bu gün Azərbaycan Ordusu öz qüdrəti, döyüş hazırlığı və yüksək peşəkarlığı ilə regionun ən güclü ordularından biridir. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsində tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, xalqımızın şanlı qəhrəmanlıq salnaməsini yazmışdır. Bu gün biz Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların göstərdikləri şücaət və fədakarlıq gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olaraq yaşayacaqdır”.
Sonda partiyaya yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim olunmuşdur.
Bəradər Səməndərli
"Atributinfo.az"
