Cənab Prezidentin imzaladığı və 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin daha da inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, regionlarda məşğulluğun artırılması və fermerlərin rifahının yüksəldilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır.
Bu möhtəşəm tədbirin Qax rayonunda keçirilməsi bizim üçün həm qürur, həm də böyük məsuliyyətdir. Qax Rayon İcra Hakimiyyətinin tədbirin yüksək səviyyədə təşkili istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Rayon rəhbərliyinin və aidiyyəti qurumların məsuliyyətli yanaşması dövlət tədbirinə olan hörmətin və diqqətin göstəricisidir.
Regional müşavirədə Prezident Administrasiyasının nümayəndələrinin, aidiyyəti nazirliklərin rəhbər şəxslərinin, regional icra hakimiyyəti başçılarının, mütəxəssislərin və fermerlərin bir araya gəlməsi kənd təsərrüfatının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bir fermer və “Akasiya” Kooperativinin sədri olaraq hesab edirəm ki, bu Dövlət Proqramı qarşısında bizim də üzərimizə böyük vəzifələr düşür. Müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi, məhsuldarlığın artırılması, yeni iş yerlərinin yaradılması və dövlətimizin göstərdiyi etimadın doğruldulması hər bir fermerin əsas məqsədi olmalıdır.
Biz fermerlər cənab Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğını daim hiss edirik. Məhz bu diqqət nəticəsində kənd təsərrüfatı ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilib, regionlarımızda yeni imkanlar yaranıb, fermerlərin fəaliyyəti üçün daha əlverişli şərait formalaşıb.
Bu mühüm sərəncamın imzalanmasını böyük sevinclə qarşılayırıq. Əminik ki, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycan kəndinin daha da inkişaf etməsinə, fermerlərin gəlirlərinin artmasına və ölkəmizin ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Biz də öz növbəmizdə dövlətimizin etimadını doğrultmaq, torpaqlarımızdan daha səmərəli istifadə etmək və kənd təsərrüfatının inkişafına töhfə vermək üçün bütün gücümüzlə çalışmağa hazırıq.
Yaşasın Azərbaycan kəndlisi!
Yaşasın Azərbaycan fermeri!
Yaşasın müstəqil və qüdrətli Azərbaycan!
Hörmətlə,
Dilarə Əhmədova
Fermer, “Akasiya” Kooperativinin sədri.
