Görüşdə İƏTPİ Konfransının 20-ci sessiyasının əhəmiyyəti barədə fikirlər səsləndirilərək, Parlament İttifaqının müsəlman ölkələri və onların qanunverici orqanları arasında əlaqələrin daha da güclənməsində vacib rolu diqqətə çatdırılıb.
Spiker Sahibə Qafarova ölkələrimizin və parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və qarşılıqlı dəstəyinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.
Söhbət zamanı parlamentlər arasında əməkdaşlıq məsələlərinə nəzər salınıb, parlamentarilər arasında təmasların və qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirilib.
Marqarida Talapa göstərilən yüksək səviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkəmizə səfəri və paytaxt Bakı haqqında xoş təəssüratlarını bölüşüb. Qonaq Parlament İttifaqı Konfransının əhəmiyyətini vurğulayıb və ölkəmizin tədbirin təşkili ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.
O, Azərbaycanın Milli Məclisi ilə əlaqələrin genişlənməsinə böyük önəm verdiklərini bildirərək, parlamentlər arasında münasibətlərin ölkələrimiz arasında da əlaqələrə töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
