Sizin reklam burada
Sizin reklam burada
  • 23 iyun – dövlət qulluqçularının peşə bayramı münasibətilə Saatlı Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir

    "Atributinfo .az" xəbər verir ki, tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, rayon icra hakimiyyəti başçısı aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr və nümayəndəliklərin digər əməkdaşları iştirak etmişlər.
    Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin Saatlı şəhərində ucaldılmış abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etmişlər.
    Daha sonra tədbir Rayon İcra Hakimiyyətinin inzibati binasında davam etdirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Elmir Bağırov tədbir iştirakçılarını dövlət qulluqçularının peşə bayramı münasibətilə təbrik etmiş, dövlət qulluğunun mahiyyəti, dövlət idarəçiliyində rolu və qarşıda duran vəzifələr barədə ətraflı danışmış, həmçinin qeyd etmişdir ki, ölkədə peşəkar, şəffaf və səmərəli dövlət idarəçiliyi sisteminin formalaşdırılması, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər görülür.
    Çıxış edən Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Hüseynov, Nəsimi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Səfər Ulfanov, Qazanbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin baş məsləhətçisi Rüfət Hümbətov dövlət qulluğunun məsuliyyətli və şərəfli fəaliyyət sahəsi olduğunu vurğulamış, dövlət-vətəndaş münasibətlərinin inkişafında dövlət qulluqçularının mühüm rolundan bəhs etmişlər.
    Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən bir qrup dövlət qulluqçusu Saatlı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"
















    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ