Sizin reklam burada
Sizin reklam burada
  • Şərəfli ömrün akkordları

    Esse

    BƏHLUL HƏBİB OĞLU PAŞAYEV

    Bəhlul həkim 1951-ci ildə Qərbi Zəngəzur bölgəsi Qafan rayonu Keypəşin kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası rəhmətlik Həbib Paşayev ixtisasca Azərbay­can dili və ədəbiyyat müəllimi olmuşdur. 1941-45-ci il müha­ribəsi veteranı olmuşdur. O, 50 ildən artıq gənc nəslin təlim tərbiyyəsi ilə məşğul olmuşdur. Həbib müəllimin ailəsində dünyaya göz açan 11 övladdan 8 nəfəri ali təhsil almışdır. Bəhlul Paşayev 1968-ci ildə orta məktəbin "Gümüş" medalla bitirib N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna, indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuş. 1974-cü ildə ali məktəbdə təhsilini başa vurmuşdur. O. təyinatla Əli-Bayramlı indiki Şirvan şəhərinə göndərilmiş, Şirvan Tibbi Sanitar Hissəsində həkim kimi fəaliyyətə başlamışdır. 1976-78-ci illərdə hərbi xidmətdə olmuşdur. 1978-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlki iş yerində tibbi sanitar hissəsində həkim kimi fəaliyyətim davam etdirmişdir. Bəhlul həkim 1979-cu ildə əmək eksperti komissiyasına sədr təyin edilmişdir. O zaman əmək ekspert komissiyası Hacıqabul və Əli-Bayramlı sakinlərinə xidmət edirdi. 1997-ci ilin noyabr ayında bu qurumun fəalıyyət sahəsi genişləndirilir. Hacıqabul, Əli-Bayramlı, Salyan, Neftçala rayonlarını əhatə edən 11 saylı zona tibbi sosial ekspert komissiyası yaradılır.
    Bəhlul həkim təşkilatçılıq qabiliyyəti, bilik və bacarığı ilə nəinki Əli-Bayramlı səhiyyə işçiləri arasında şəhər sa­kinləri arasında da tanınırdı. Bütün bu keyfiyyətləri nəzərə alınaraq 1998-ci ilin iyul ayının 30-da O, Əli-Bayramlı Şəhər Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin olunur. Az keçmir Əli-Bayramlı səhiyyə sistemində bir canlanma baş verir.
    2000-ci ildə Bəhlul Paşayev Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Bir baş həkim kimi Əli-Bayramlı səhiyyəsinin inkişaf etdirilməsində onun həyata keçməyən arzuları var idi. Lakin amansız ölüm 2001-ci il oktyabr ayının 31-də onun bu arzularına birdəfəlik son qoydu. Onun əziz xatirəsi ailə üzvlərinin, yaxınlarının, səhiyyə işçilərinin və şəhər sakinlərinin xatirəsində yaşayır.
    Bəhlul həkimin ömür-gün yoldaşı Qətibə Cəmil qızı Tağıyeva ixtisasca biologiya müəllimidir. O, 1952-ci il yanvar ayının 4-də Zəngəzur mahalının Qafan rayonundakı Pəyhan kəndində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Pəyhan kənd məktəbində alan Q. Tağıyeva 1968-ci ildə Əli-Bayramlı Pedaqoji Məktəbinə daxil olmuş, 1971-ci ildə pedaqoji məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 1973-78-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Uni­versitetinin biologiya fakültəsində təhsil almışdır. Qətibə müəllimə Əli-Bayramlı, indiki Şirvan şəhər 4 və 9 nömrəli məktəblərdə müəllim işləmişdir. Onun pedaqoji fəaliyyətinin xeyli hissəsi indiki Şirvan şəhər M. İsrailov adına 18 nömrəli təbiət və humanitar fənlər təmayüllü məktəb-liseylə bağlıdır. O, işlədiyi müddət ərzində özünü bacarıqlı, işgüzar müəllim kimi göstərmiş, məktəbdə zəngin biologiya kabineti və təbiət guşəsi yaratmışdı. Q. Tağıyevanın səmərəli pedaqoji fəaliyyəti o zaman Təhsil şöbəsi tərəfindən Fəxri Fərmanlara layiq görülmüş, 1989-cu ildə isə o, “Baş müəllim”, 1994-cü ildə isə “Ali kateqoriyalı müəllim” adına layiq görülmüşdür. Qətibə müəllimə sonralar pedaqoji fəaliyyətini Bakı şəhərində 2 saylı baza tibb məktəbində davam etdirmişdir.
    Paşayevlər ailəsində 3 övlad böyüyüb tərbiyə almışdır: Şəhla, Şahin, Jalə. (http://eye.gov.az/?smode=staff&item=301) Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda, Şahin isə Ədliyyə Nazirliyində işləyir. Jalə Eyvazova (Op.Dr.Jalə Eyvazova) ixtisasca həkim-cərrahdır, özəl klinikaların birində çalışır.
    Bəhlul həkimi dərin ehtiramla yad edir , Allahdan rəhmət diləyirik .Ruhu şad , məkanı cənnət olsun ,İnşallah!!!
    Torpağı sayı övladlarına , əzizlərinə və doğmalarına ömür arzulayırıq.

    Hörmət və ehtiramla:
    SİZİN ZAHİR

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ