Sizin reklam burada
Sizin reklam burada
  • Ruzigar soyuq gəlir, üşüyürəm ayazından!


    İlqar Həkim

    Dadı qaçıb dünyanın,
    Təamı tamsız gəlir.
    Ətir, qoxu duyuanın
    Dərdi amansız gəlir..,

    Ruzigar soyuq gəlir, üşüyürəm ayazından!

    Qarışiır ritimləri , baş açılmır avazından,
    Dözməyir tarımlara simlər qırılır sazından,
    Qan donur damarlarda,hər sığalından, nazından
    Qışına nə deyim ki, umu-küsü yox yazından
    Ruzigar soyuq gəlir,üşüyürəm ayzından!

    Hoylanıb dörd yerindən ,ağrıyan yaram üşüdür,
    Suclayır bir-birini halalla-haram üşüdür.
    İnsan adlı bəndəsini , dünya adlı dam üşüdür.
    Gah şeytan , gah da iblis , fitva verir doqqazından,
    Rüzigar soyuq gəlir, üşüyürəm ayazından!

    Susayib dünya yaman su yerinə qanlar icir,
    Yaşanan ömrü- günü zaman yeyir anlar icir
    Ahılı, yetkini yox pöhrənidə kəsib bicir ,
    Binava məzlumları hey kecirir dəryazından
    Ruzigar soyuq gəlir ,üşüyürəm ayazından!

    Bicilir qönçələri, gül açmadan dəstələnir
    Göylərdən yağan daşlar, başımıza qəsd ələnir
    Rəngimiz avazıyır, ruhumuz da xəstələnir
    Öskürək azarı da boğur canı boğazından
    Rüzigar soyuq gəlir ,üşüyürəm ayazından!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ