Sizin reklam burada
Sizin reklam burada
  • 95 ILLIK MÖHTƏŞƏM ŞAİR ÖMRÜ... TƏBRİKLƏR, UĞURLAR, MÜBARƏK!

    Azərbaycanın Xalq şairi, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli NƏRİMAN HƏSƏNZADƏYƏ ən səmimi salamlarımızı və dərin ehtiramımızı çatdırırıq!
    Sözə, sənətə, Vətənə həsr olunmuş şərəfli və mənalı həyat yolunuz hər birimiz üçün böyük örnəkdir. Qələminizdən süzülən hikmətli misralar neçə-neçə nəslin qəlbinə nur saçıb, ruhuna güc verib. Siz ədəbiyyatımızın canlı salnaməsi, milli-mənəvi dəyərlərimizin keşiyində duran qüdrətli söz ustadısınız.
    Ad gününüz mübarək olsun!
    Uca Allahdan Sizə möhkəm can sağlığı, uzun ömür, ruh yüksəkliyi, firavan və rahat günlər arzulayırıq. Ömrünüz ürəyinizcə keçsin, sevgi və ehtiram içində daim nurlu sabahlara açılsın.
    Allah Sizi qorusun, böyük Şair!

    BU DÜNYA NƏRDİVANDI….
    Nəriman Həsənzadə-95

    Bu dünya nərdivandı –
    Qalxanda mehribandı,
    Enəndə nə yamandı…
    Görüşdük pillələrdə,
    Yolun yarısında biz.
    Sən qalxırdın bu dəmdə,
    Mən enirdim xəbərsiz.
    Səni arzularına
    Qaldırırdı nərdivan.
    Məni xatirlərə
    Endirirdi bu zaman.
    Birimiz – günçıxana,
    Birimiz – günbatana.
    Qalxa bilməzdim daha,
    Nə o güc, nə o taqət.
    Sən də enə bilməzdin –
    Haqlı, haqsız vermişdi
    Öz hökmünü təbiət.
    Gərək ya düşməyəydi
    Bu görüş heç araya,
    Ya sən əvvəl gələydin,
    Ya mən sonra dünyaya.



    Vidadi Orucov
    Elmlər doktoru, professor

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ