Sizin reklam burada
Sizin reklam burada
  • Təbrik edirəm əziz dostum, doğum gününüz mübarək!

    Məhəmməd Nərimanoğlu özü boyda imzadır. Bu imza Vətən, torpaq, millət, dövlət, sevgisindən mayasını tutub insanlıq zirvəsinə ucalan böyük bir şəxsiyyət atributudur. Məhəmməd Nərimanoğlu haqqında yazanda qələm susur, ruh danışır, qəlb təlatümə gəlir, vicdan səslənir, həqiqət cuşa gəlir, mənəviyyat dalğası sahə qalxaraq saflıq, duruluq, insanıq limanına çəkib aparır adamı.
    Məhəmməd sıradan biri deyil, bütövlüyü, ucalığı, prinsipiallığı, mədəniyyəti, ləyaqəti, dosta sədaqəti ilə çoxlarına nümunə olacaq rəmzdir.
    Təəssüflə deyə bilərəm ki, çəkisindən artıq daşıdığı keyfiyyət yükünün müqabilində hansısa ünvanı bəlli qaragüruhların üzündən dəyərini ala bilməyən Allahın bu sevib-seçdiyi bəndəsi öz yolunda, düz yolunda həyatının enişli-yoxuşlu cığırlarını kişi kimi addımlamaqdadır. Bu gün Onun dünyaya vəsiqə aldüğü mübarək mövludu günüdür.
    Əziz dostum, Sizi ürəkdən təbrik edirəm. Dünyaya xoş gəlmisiz. Nə yaxşı ki, doğulmusuz, nə yaxşı ki, varsız və nə yaxşı ki, Sizin kimi dəyərli dostum var. Doğum gününüz uğurlu, düşərli olsun! Sizə davamlı həyatınızda mənalı, səmərəli uzun ömür ömür, möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

    Bəradər Səməndərli
    "Atributinfo.az"ın baş redaktoru

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ