Sizin reklam burada
Sizin reklam burada
  • Elnur Əbülfəzoğlu

    Elnur Əbülfəzoğlu
    Elnur Əbülfəzoğlu

    Hifz eylə onu, İlahi

    Şəxsiyətinə və sənətinə dərin hörmət bəslədiyim gözəl insan Nazpəri xanıma ithaf edirəm.

    Nazpəri oxuyur gözəl avazla,
    Sən Özün hifz eylə onu, İlahi.
    Yarışır çiçəkli, ətirli yazla,
    Sən Özün hifz eylə onu, İlahi.

    Bal kimi şirindir, incədir səsi,
    Sanki heyran edir dinləyən kəsi.
    Alqışlar qazanır hər zənguləsi,
    Sən Özün hifz eylə onu, İlahi.

    Gözəl nəğmələri dünyanı gəzər,
    Qəlbləri oxşayar,laylaya bənzər.
    Amandır dəyməsin ona bəd nəzər,
    Sən Özün hifz eylə onu İlahi.

    Görəsən qayıdıb gələcəkmisən

    Yəqin ki, getdiyin mənzil uzaqdı,
    Görəsən qayıdıb gələcəkmisən?
    Yoxsan, isti yuvam şaxta-sazaqdı,
    Görəsən qayıdıb gələcəkmisən?

    Həsrət gözlərimə sanki qor dolub,
    Vüsal quzu kimi, hicran qurd olub,
    Gedişin ruha qəm, qəlbə dərd olub,
    Görəsən qayıdıb gələcəkmisən?

    Qayıt, sökülməyən danımı qaytar,
    Ruhumu, cisnimi, canımı qaytar,
    Sənsiz ilə dönən anımı qaytar,
    Görəsən qayıdıb gələcəkmisən?

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ