Sizin reklam burada
Sizin reklam burada
  • Saatlı şəhər kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni texnika və tullantı qutuları ayrılıb


    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, o cümlədən şəhər və rayonlarda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğının növbəti təzahürü olaraq, Saatlı Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin maddi-texniki bazası gücləndirilib.


    "Atributinfo.az" xəbər verir ki, Saatlı şəhərində kommunal xidmətlərin daha operativ və səmərəli təşkili üçün kommunal təsərrüfatın balansına 2 ədəd xüsusi təyinatlı texnika və 90 ədəd müasir tipli məişət tullantıları qutusu ayrılıb.

    Məişət tullantılarının toplanması və daşınması üçün nəzərdə tutulan yeni texnikanın və avadanlıqların istifadəyə verilməsi Saatlı şəhərində tullantıların vaxtında daşınmasına və ərazilərin sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına geniş imkanlar yaradacaq.


    Bəradər 

    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ