Sizin reklam burada
Sizin reklam burada
  • Konfransda millət vəkili Rəşad Mahmudov məruzə ilə çıxış edib

    Bu gün Səhiyyə Nazirliyi Ə.Əliyev adına ADHTİ-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

    "Atributinfo.az" xəbər verir ki, konfransda çıxış edən institutun rektoru professor Nazim Pənahov Ümummilli Liderin həyat və fəaliyyəti haqqında məlumat verərək onun ölkəmiz üçün əvəzolunmaz rolundan danışdı.

    Rektorun çıxışından sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi.

    Konfrans öz işini 1 plenar, 4 panel iclaslarında Ə.Əliyev adına ADHTİ-nin, ATU-nun və ölkəmizin bir çox tibb müəssisələri əməkdaşlarının təbabətin aktual məsələlərinə həsr olunmuş 35 sayda çıxışları ilə davam edib. Millət vəkili, Tibb elmləri doktoru Rəşad Mahmudov plenar iclasda "Protokol və klinik düşüncə arasında: işemik ürək xəstəliyində doğru qərarın axtarışı" mövzusunda məruzə ilə çıxış etmişdir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ