Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov və Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev mayın 11-də Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.Səfər çərçivəsində deputatlarımız Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Senatında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan ilə Rumıniya münasibətlərində Ulu Öndər Heydər Əliyevin rolu” adlı konfransda iştirak edəcəklər.
Səfər mayın 13-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
