Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Xızı rayonu Fındığan kəndində içməli su layihəsinin açılışında iştirak edib

    Xızı rayonunun Fındığan kəndində içməli su layihəsinin başa çatması münasibətilə keçirilən açılış mərasimində Milli Məclisin deputatı Müşfiq Məmmədli iştirak edib.

    Bu barədə "Atributinfo.az" a danışan deputat qeyd edib ki, t ədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyuldu, əziz xatirəsi dərin ehtiramla yad edildi.Daha sonra kənddə həyata keçirilən içməli su layihəsinin açılış mərasimi baş tutdu.

    "Layihə çərçivəsində kənddaxili su şəbəkəsi yenidən qurulub, yeni su xətti çəkilib.Bu layihə Fındığan kənd sakinlərinin sosial rifahının yaxşılaşdırılması, dayanıqlı və etibarlı su təchizatının təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır."- Müşfiq Məmmədli deyib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ