Yarışı giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov Ümummilli Lider Heydər Əliyevin bütün sahələrlə yanaşı, idmanın inkişafına da böyük diqqət yetirdiyini bildirib. Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən bu sahənin inkişafına yüksək dövlət qayğısı göstərildiyini bildirib.
Daha sonra Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı Ruhid Əzizov idmançılara uğurlar arzulayıb, yarışın keçirilməsində əsas məqsədin Ulu Öndərin xatirəsini yad etmək, eyni zamanda, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan marağını artırmaq olduğunu qeyd edib.
Sərbəst güləş üzrə 24, 27, 30, 35, 45, 55, 60 və 65 kq çəki dərəcələrində ümumilikdə 53 yeniyetmə və gənc mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda ilk 3 yerlərin qalibi (1-ci, 2-ci, 3-cü yerlər) müvafiq diplom, medal və hədiyyələrlə təltif edilib.
Sonda xatirə şəkli çəkdirilib.
/atributinfo.az/
