07.05.2026-cı il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı, Saatlı rayon Ağsaqqallar Şurası və Saatlı rayon Ziyalılar Cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Elşən Əzizov bildirdi ki, müasir və müstəqil Azərbaycan dövlətinin hər bir uğurunun təməlində Ulu Öndər Heydər Əliyevin dühası və onun müəyyən etdiyi uzaqgörən inkişaf strategiyası dayanır. Məhz Ümummilli Liderin rəhbərliyi dövründə ölkəmizin hərtərəfli tərəqqisinin, milli-mənəvi dəyərlərimizin qorunmasının və dövlətçilik ənənələrimizin möhkəmləndirilməsinin əsas prinsipləri formalaşdırılmışdır. Qeyd etdi ki, bu gün Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasi xətt nəticəsində Azərbaycan öz inkişafının ən qüdrətli mərhələsinə qədəm qoymuşdur. Ulu Öndərin ideyalarından güc alan bu siyasətin bariz nümunəsi kimi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan möhtəşəm quruculuq işləri, regionlarımızın simasının müasirləşməsi və ölkəmizin beynəlxalq nüfuzunun artması hər birimizdə böyük qürur hissi doğurur.
Tədbirdə çıxış edən Saatlı rayon Ağsaqqallar Şurasının sədri Sədafər Hüseynov, Saatlı rayon Ziyalılar Cəmiyyətinin sədri Lətif Şimşəkov, Saatlı rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Lütvəli Şıxəliyev, Saatlı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Sakit Bağırov və Sımada kənd İƏD üzrə nümayəndə Həmzə Əliyev Ulu Öndər Heydər Əliyevin həm rəhbərliyi dövründə, həm də onun zəngin irsində elm, təhsil və milli quruculuq işlərinə verdiyi müstəsna önəmdən bəhs etdilər. Qeyd etdilər ki, Ümummilli Liderin təməlini qoyduğu inkişaf strategiyasının ən mühüm istiqamətlərindən biri də müasir dövrün tələblərinə cavab verən kadr potensialının yetişdirilməsidir. Vurğulandı ki, gənc nəslin bu irsi mənimsəməsi, elm və texnologiyanın nailiyyətlərindən istifadə edərək vətənimizin tərəqqisinə töhfə verməsi Heydər Əliyev ideyalarına sadiqliyin ən bariz nümunəsidir.
/atributinfo.az/