Sizin reklam burada
Sizin reklam burada
  • Dünya çempionatı: Yeni Zelandiyaya qalib gələn Belçika qrupunu birinci sırada başa vurub

    ABŞ-də keçirilən futbol üzrə dünya çempionatının G qrupunda III turun oyununda Belçika Yeni Zelandiya üzərində inamlı qələbə qazanıb.

    “BC Place” stadionunda keçirilən qarşılaşma avropalıların 5:1 hesablı üstünlüyü ilə başa çatıb.

    Belçikanın heyətində Leandro Trossard dubla imza ataraq 28-ci və 50-ci dəqiqələrdə fərqlənib. Digər qolları Kevin De Brüyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurublar.

    Yeni Zelandiyanın yeganə qolunu isə 84-cü dəqiqədə Cast Elaydca vurub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ