Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov və YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov tədbirdə çıxış edərək qalibləri təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Daha sonra isə qaliblər Diplom və hədiyyələrlə təltif olunublar.
/atributinfo.az/
