Bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimoun ABB-nin dayanıqlılıq hesabatına dair mətbuat konfransında deyib.
O bildirib ki, ABB Körfəz ölkələrinin maliyyə bazarlarından cəlb etdiyi vəsaitin həcmini 230 milyon dollara çatdırıb.
“ABB əvvəl 100 milyon dollarlıq maliyyə vəsaiti cəlb edib. Sonradan tərəfdaşlar tərəfindən banka daha böyük həcmdə vəsait ayırmaq təklif edilib. Cəlb edilən vəsait iri biznes layihələrinin, eləcə də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldiləcək”, - deyə ABB sədri vurğulayıb.
